Pis insan deyiləm - Narkotikə görə saxlanılan Murda

Pis insan deyiləm - Narkotikə görə saxlanılan Murda

Musiqiləri ilə narkotik maddələrə meyillilik yaratdığı iddia olunan "Murda" ləqəbli repçi Öndər Doğanın məhkəməsi baş tutub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, repçi hakim qarşısındakı izahatıyla hər kəsi təəccübləndirib. "Murda" Hollandiya vətəndaşı olduğunu və narkotik maddələrin orada qanuni olduğunu bildirib:

"Çevrəmdə ailə atası olaraq tanınıram. Disklərimin üz qabığında qızımla şəkillərim var. Pis insan deyiləm".

Repçinin izahatından sonra xaricə çıxmaq üçün qoyulan qadağası aradan qaldırılıb və yeni məhkəmə günü təyin olunub.

 

Mənbə: news.milli.az