Məşhur müğənninin atası infarkt keçirdi

Məşhur müğənninin atası infarkt keçirdi

Məşhur türkiyəli müğənni və aktyor Murat Dalkılıçın atası 64 yaşlı Mehmet Sedat Dalkılıç Kuşadasında infarkt keçirib.

Publika.az "DHA"ya istinadla xəbər verir ki, xəstəxanaya aparılan 64 yaşlı Dalkılıçın səhhətinin ağır olduğu bildirilir.

Xəstəxanadan verilən məlumata görə, müğənninin atasının hazırda reanimasiya şöbəsində müalicəsi davam edir.

 

Murat Dalkılıç atasının vəziyyətini öyrənmək üçün xəstəxanaya gələrək həkimlərdən məlumat alıb.

Mehmet Sedat Dalkılıç bu gün təcili yardımla Söke Dövlət Xəstəxanasına aparılıb. Daha sonra Dalkılıç Aydın Adnan Menderes Universitetinin xəstəxanasına köçürülüb. Angioqrafiya edilən Dalkılıçın səhhətinin ağır olduğu vurğulanır.

Tural Turan

Mənbə: publika.az