Mətanət İsgəndərlinin gəlini Apellyasiya Məhkəməsinə müraciət edir

Mətanət İsgəndərlinin gəlini Apellyasiya Məhkəməsinə müraciət edir

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Apellyasiya Məhkəməsinə müraciət edəcək.

Canana bu haqda Teleqraf.com-a açıqlamasında məlumat verib.

"Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm. Sənədlərim hazırdır və dekabrın 5-dək təqdim edəcəm.

Mətanət İsgəndərli və oğlu evə toy mərasimindən gec gəlirlər, onlar gələnə qədər uşaqlar yatmırlar. Məktəbə də vaxtında aparmırlar. Kimdir övladlarımla maraqlanan?!", - o söyləyib.

Qeyd edək ki, Kərim ilə Canananın üç övladı var.
 

Mənbə: teleqraf.com