Məşhur cütlük ayrıldı

Məşhur cütlük ayrıldı

Hollivud ulduzu Sandra Bullok sevgilisi, fotoqraf Brayn Rendalldan ayrılıb.

"Unikal" xəbər verir ki, şayiələrin yaranmasına səbəb, cütlüyün ayrı yaşamağa başlaması olub.

Tərəflər mövzu ilə bağlı açıqlama verməyib. Onların aktrisanın gərgin iş qrafiki səbəbindən bu addımı atdığı bildirilib. Sandranın son vaxtlar evə gec gəldiyi və yorğun olduğu üçün Brayna vaxt ayırmadığı iddia edilir.

Xatırladaq ki, bir müddət əvvəl cütlüyün ailə həyatı qurduğu açıqlansa da, tərəflər məlumatı təsdiqləməmişdi.

Mənbə: www.unikal.org