"Sən mənim bu həyatda sonsuz sevgimsən..." - Gülay

"Sən mənim bu həyatda sonsuz sevgimsən..." - Gülay

Müğənni Gülay Zeynallının ailəsində özəl gün qeyd olunub.

BiG.AZ xəbər verir ki, müğənninin qızının doğum günüdür. Bu barədə Gülay "Instagram" hesabında məlumat verib. O qızı ilə fotosunu paylaşıb. Aparıcı fotoya:"Mənim ağıllı, gözəl qızım, 10 yaşın mübarək. Allah səni qorusun. Mən səni çox sevirəm. Sən mənim bu həyatda sonsuz sevgimsən" sözlərini qeyd edib.

 

 

 

Mənbə: big.az