Tarkanın həyatı film olacaq

Tarkanın həyatı film olacaq

Türkiyəli müğənni Tarkanın həyatından sənədli film çəkiləcək.

Axşam.az xəbər verir ki, layihədə ifaçının arxivindən olan özəl görüntülər yer alacaq. Bu səbəbdən o, həmin lentləri rəqəmsallaşdıra biləcək etibarlı komanda axtarışına çıxıb.

Görüntülərdə Tarkanın konsertləri və şəxsi həyatı əks olunduğu bildirilir. Bütün komandasını səfərbər edən ifaçı seçdiyi arxivin heç kimin əlinə keçməsini üçün 4 nəfərlik özəl montaj komandası yaradıb.

Mənbə: aydinliq.az