Pətək Dinçöz Üzeyirlə duet oxumaq istəyir

Pətək Dinçöz Üzeyirlə duet oxumaq istəyir

19 yaşımdan bəri Bakıya gəlirəm və hər zaman çox gözəl qarşılanıram. Nənəmin kökü azərbaycanlıdır. Bu səbəbdən özümü yad deyil, öz ölkəmdəki kimi hiss etmirəm

Kult.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış müğənnisi Pətək Dinçöz Bakıya səfəri zamanı ARB TV-yə müsahibəsində səsləndirib.

“Tik-Tok videolarımı Üzeyir Mehdizadənin “Ay balam” mahnısı ilə çəkirəm. O qədər gözəl mahnıdır ki, bu mahnının xəstəsiyəm. Üzeyirin yeni mahnısı ilə hələ tanış olmamışam, tərzini bilmirəm. Əgər gözəl bir duet alınsa, niyə də olmasın?”

Müğənni Bakıda gözəllik mərkəzi açmağı planlaşdırdığını bildirib:

“Türkiyədə gözəllik mərkəzim var. Bakıdan da təkliflər alıram. “Petek Dinchoz Beauty” mərkəzinin açılması ilə bağlı danışıqlar mərhələsindəyik”.

Mənbə: axar.az