“Pişik Leopoldun macəraları” cizgi filminin yaradıcılarından biri vəfat edib

“Pişik Leopoldun macəraları” cizgi filminin yaradıcılarından biri vəfat edib

 

“Pişik Leopoldun macəraları” cizgi filminin yaradıcılarından olan multiplikator Konstantin Romanenko vəfat edib.

APA-nın Rusiya mediasına istinadla xəbərinə görə, bu barədə rejissor Sergey Kapkov məlumat verib.

Rejissorun sözlərinə görə, Romanenko 73 yaşında həyatla vidalaşıb. O, çox sayda məşhur cizgi filminin rejissorluğunu edib, uşaqlar üçün kitablar yazıb.

Mənbə: pia.az