Polis Mensonun evində axtarış apardı

Polis amerikalı rok musiqiçi Merilin Mensonun evində axtarış aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TMZ nəşri mənbələrinə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, axtarış noyabrın 29-da səhər saatlarında order əsasında aparılıb. Musiqiçinin özü evdə olmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları Mensonun evindən məlumatların saxlanılması üçün qurğular, o cümlədən sərt disklər götürüb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusa yoluxan Xalq artistinin son durumu açıqlanıb

SONRAKI XƏBƏR

Əcnəbi qızın sevgisinə “yox” deyən azərbaycanlı həbs olunub - Video