Ərinin ölümünə kim səbəb olub?

Əməkdar artist Gülbahar Şükürlününü həyat yoldaşı Zahidin ölümü ilə bağlı bəzi məqamlar açıqlanıb.

Axşam.az xəbər verir ki, bu haqda "Onun sirri" verilişində danışılıb. Aparıcı Lətafət Ələkbərova deyib ki, onların bağı satılıb:

"Zahidlə dostluğumuz var idi. Özü hərdən danışırdı. Son vaxtlar çox dərdli idi. Dedi ki, bölgü məsələsi olub, ona böyük təsir edib və fikir onu məhv edib. Bağı satdılar, Zahidin haqqı var idi, amma almadı".

G.Şükürlü isə bu haqda danışmaq istəmədiyini deyib:

"Bağ satılandan sonra üstündən çox keçmişdi. Zahidin ruhuna, övladlarıma xatir danışmayacam".

"Bağı satıblar, aralarında problem olub. Rəhmətə getməyinə də həmin hadisə səbəb olub" deyə, efirə zəng edən bir nəfər söyləyib.

Big.az

ƏVVƏLKİ XƏBƏR

Lukaşenkodan təlimat: Hücuma qarşı hazır olun

SONRAKI XƏBƏR

ÜST "omikron"la bağlı bəyanat yayıb