"Deməli, səhifəmdə yatırsan, ay abırsız?"

"Deməli, səhifəmdə yatırsan, ay abırsız?"

Müğənni Ayan Babakişiyeva İnstaqramda ona təhqir yazan izləyicisinin fotosunu sosial şəbəkə hesabında paylaşıb.

OLAY yazır ki, sənətçi uşaq səhifəsi ilə ünvanına yazılan sözlərin cəzası olacağını bildirib:

"İndi deyin görüm bu səhifəyə aiddir, böyüyə, qadına, yoxsa kişiyə? Deməli, səhifəmdə yatırsan, ay abırsız? Bilmirəm kişisən ya yox? Əgər elədirsə, o bığlarından utan, səni indi hansı cəza gözləyir hə? Təhqir yazmağın bəs deyil, hələ səhifəmdəki izləyicini də təhqir edirsən? Ok, görək indi səni tanıyan varsa, səndən mənə nə yazacaqlar? Gözlə".

 

 

Mənbə: big.az