Millət vəkili Qabilin oğlunu təbrik etdi

Millət vəkili Qabilin oğlunu təbrik etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva yazıçı, publisist Mahir Qabiloğlu ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili Mahir Qabiloğlunu 55 illik yubileyi münasibəti ilə təbrik edib.

Qeyd edək ki, xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu filoloqdur, AYB-nin “Dədə-Qorqud Ensiklopediyası”nda ədəbi işçi, AzTV-nin “Xəbərlər” redaksiyasında redaktor, “Speys” televiziyasının “Hər gün” İnformasiya Proqramında Baş redaktorun müavini, “Xalq qəzeti”nin Redaksiya heyətinin üzvü və şöbə müdiri vəzifələrində çalışıb.

“Atam Qabilin qəribə əhvalatları” (2011), “Ərmən – Şuşanikin sevgisi” (2014), “Cəncəhim” (roman - 2014), “Qurd yağı” (povest və hekayələr - 2015), “Sandıq” (2015), “Əlli yaşında mən...” (2016), Leyla xanım Əliyevadan tərcümələrin toplandığı “Poeziya” (2016), “Tanınmış tanışlar” (2018) adlı kitabları dərc edilib.

Komitə sədri yubilyara Qarabağ motivli xatirə hədiyyəsi və Komitə adından Təbrik məktubu təqdim edib.

M.Qabiloğlu səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib, yeni çıxmış kitabını onun üçün imzalayıb.

 

Mənbə: axar.az