Xalq artisti Eldar Quliyevin xatirəsi anılıb

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycan kinosunun görkəmli nümayəndəsi, rejissor və ssenarist, Dövlət mükafatı laureatı, Xalq artisti Eldar Quliyevin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov tədbiri açaraq aktyorun fəaliyyəti barədə danışıb.

Sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev görkəmli rejissor haqqında öz təəssüratlarını bölüşərək, onun həyat və yaradıcılığından bəhs edib.

Tədbirdə mədəniyyət müəssisələrinin rəhbərləri, Binəqədi rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin kollektivi, Zəngilan rayon 1 nömrəli tam orta məktəbnin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə Xalq artisti Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində”, “Babək”, “Nizami” filmlərindən fraqmentlər nümayiş olunub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ilk dövləti iqlim dəyişiklərinə görə əhalisini köcürdür

SONRAKI XƏBƏR

Türkmən qazının Azərbaycana daxil olması o deməkdir ki... - Neft-qaz mütəxəssisi