“Queen” qrupunun albomu 1970-1990-cı illərin ən çox dinlənən albomu seçilib

İngiltərənin əfsanəvi rok qrupu “Queen” tərəfindən buraxılan “Greatest Hits” albomu musiqi dinləmə platformalarında rekordlar qırıb.

APA-nın “Sozcu”yə istinadən verdiyi məlumata görə, “Queen”in albomu İngiltərədə 1970-1990-cı illərdə işıq üzü görən albomlar arasında ən çox dinlənilən albom olub.

“Greatest Hits” albomu 1981-ci ildə çıxıb.

“Bohemian Rhapsody”, “Another One Bites The Dust” və “We Will Rock You” kimi mahnıların yer aldığı albom buraxıldığı dövrdə İngiltərənin ən çox satılan albomu olub. Eyni siyahıda “Fleetwood Mac”-ın 1977-ci ildə çıxardığı “Rumors” albomu ikinci, “Oasis”in 1995-ci ildə çıxardığı “Morning Glory” albomu isə üçüncü olub.

Ən çox dinlənən albomlar arasında “Beatles”, Maykl Cekson və “Nirvana” ilə birlikdə Bob Marli kimi musiqiçilərin də mahnıları da yer alıb.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

130 milyon dollarlıq yatırım dənizdə belə batdı - VİDEO

SONRAKI XƏBƏR

Milli Məclisin sədr müavini: “Soçi görüşü Ermənistan üçün acı həqiqət anı oldu”