Afət Fərmanqızının yeni evindən görüntülər - VİDEO

ATV-də yayımlanan "Qonağım ol" verilişinin bu dəfəki çəkilişləri müğənni Afət Fərmanqızının yeni evində baş tutub.

BAKU.WS xəbər verir ki, sənətçi paytaxt binalardan birindən aldığı yeni və geniş mənzilindəki bir neçə əşyanı digər evindən gətirdiyini bildirib.

Afət klassikanı çox sevdiyindən daşınmaz əmlaklarında və avtomobilində daha çox bu tərzə üstünlük verdiyini deyib. İfaçının bu evini digərindən fərqləndirən cəhət mənzilində xüsusi qarderob və makiyaj otağının olmasıdır.

Fərmanqızı yeni evinin sahəsinin olduqca böyük olduğunu, mənzilin bəzi otaqlarının təmirinin bitmədiyini qeyd edib.

 

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Ata 3 aylıq körpəsini döyüb, lentə aldı

SONRAKI XƏBƏR

Kamil Zeynallı qızını at yarışlarına hazırlayır - “Gülay bunu bacarmazdı” - VİDEO