Kamil Zeynallı qızını at yarışlarına hazırlayır - “Gülay bunu bacarmazdı” - VİDEO

Kamil Zeynallı qızını at yarışlarına hazırlayır - “Gülay bunu bacarmazdı” - VİDEO

“Atlara sevgisinin yaranmasında bir ata olaraq mən səbəbkar olmuşam, təbii ki, anası bu həvəsi yarada bilməzdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Kamil Zeynallı deyib. O, həmçinin qızı Sahilənin əvvəldən at çapmağa həvəsli olduğunu bildirib:

“Sahilənin at çapmaq həvəsi 2 il əvvəl həm də Gülay Fərzəliyevanın videolarına baxaraq artmışdı. Amma hazırda yaydan etibarən professional şəkildə at çapmağı öyrənməyə başlayıb”.

Kamil Zeynallı həmçinin Sahilənin gələcəkdə at yarışlarında iştirakından da söz açıb:

“Professional məqsədlər, yarışlar üçün deyil, onun ata olan sevgisi, həvəsinə görə at çapmağa qoymuşam. Amma nəticə yaxşı olarsa, gələcəkdə yarışlar haqqında da düşünə bilərik, niyə də yox?”.

Qeyd edək ki, Kamil Zeynallı sosial şəbəkə hesabında tez-tez qızı Sahilənin at çapması haqqında paylaşımlar edir.

Həmin görüntüləri sizə təqdim edirik:

Səkinə Yusibli

Mənbə: bizim.media