Keçmiş modeldən seksual zorakılıq ETİRAFI: “İmtina edəndə, işsiz qalırdım”

Tanınmış model fəaliyyət göstərdiyi agentlikdə müntəzəm seksual zorakılığa məruz qaldığını açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, məşhur amerikalı model Nikki Dyuboz əməkdaşlıq etdiyi model agentliyində üzləşdiyi zorakılıqlardan danışıb.

Dyubozun sözlərinə görə, istənilən model agentliyində olduqca sərt iş “qayda”ları mövcuddur. O, əlavə edib ki, çalışdığı model agentliyinin rəhbəri məşhur brendlərlə əməkdaşlıq qarşılığında onu müntəzəm seksual zorakılığa məruz qoyub:

“O, mənə qarşı zorakılıq tətbiq edəndə, işim çox olurdu. Amma bundan imtina etdikdə, uzun müddət podiumdan və çəkilişlərdən uzaqlaşdırılırdım”.

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

İsrailin Azərbaycandakı səfiri Xızı faciəsi ilə bağlı başsağlığı verdi

SONRAKI XƏBƏR

Britaniya ordusunun Baş Qərargah rəisi istefa verdi