Eşq iddialarına belə cavab verdi

Eşq iddialarına belə cavab verdi

Aktyor Celil Nalçakan müğənni Sərdar Ortaçın keçmiş sevgilisi Seçil Gürlə münasibətdə olması ilə bağlı iddiaları yalanlayıb.

Axşam.az xəbər verir ki, aktyor sosial media hesabında mövzu ilə bağlı açıqlama yayıb.

"Bir neçə gündür haqqımda çıxan bəzi xəbərlər var. Bunlarla bağlı bir-iki kəlmə demək istərdim. İnsanlar, qadınla kişi dost ola bilər. Dünyanın hər yerində belədir.

Həm də aşiq olmaq dünyanın ən gözəl hissidir. Əgər insan aşiqdirsə, niyə belə bir şeyi gizlətsin? Seçil həqiqətən mənim əziz dostumdur, onu çox sevirəm. Səsinə də heyranam. Bundan başqa heç nə yoxdur".

Qeyd edək ki, şayiələrin yaranmasına səbəb ikilinin birlikdə görüntülənməsi olub.

Celil hazırda "Kardeşlerim" serialənda Akif Atakul obrazını canlandırır.

Mənbə: big.az