Yazıçı Bernardin Evaristo Kral Ədəbiyyat Cəmiyyətinin prezidenti olacaq

2019-cu ildə “Qız, qadın, başqaları” romanı ilə Buker Mükafatını qazanan yazıçı Bernardin Evaristo bu ilin sonunda Marina Uornerin yerinə keçəcək.

Cia.az “The Guardian”a istinadən xəbər verir ki, Bernardine Evaristo Kral Ədəbiyyat Cəmiyyətinin növbəti prezidenti, bu vəzifəni tutan ilk qaradərili yazıçı olacaq.

O, cəmiyyətin 200 illik tarixində ikinci qadın prezident olacaq.

Qeyd edək ki, Kral Ədəbiyyat Cəmiyyəti 1820-ci ildə Kral IV George tərəfindən ədəbi istedadı stimullaşdırmaq məqsədilə yaradılmış nüfuzlu ədəbi təşkilatdır. Təşkilatın binası Londonda yerləşir.
Cəmiyyətə ingilis dilində yazan yazıçılar, şairlər, dramaturqlar, bioqraflar, səyahət bələdçisi müəllifləri, ədəbiyyatşünaslar və ssenaristlər qəbul edilir.

Cia.az

ƏVVƏLKİ XƏBƏR

Fransalı hücumçu Azərbaycan çempionatındakı rekordunu təkrarlayıb

SONRAKI XƏBƏR

Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır