Oksana Maldiv adalarında - FOTO

Oksana Maldiv adalarında - FOTO

Malayziyanın keçmiş sultanı V Məhəmmədin keçmiş həyat yoldaşı, "Miss Moskva 2015" gözəllik müsabiqəsinin qalibi Oksana Voevodina Maldiv adalarında istirahətdə olarkən çəkdirdiyi bir neçə fotonu pərəstişkarlarına nümayiş etdirib.

Milli.Az xəbər verir ki, fotolar onun Instagram hesabında peyda olub. Şəkillərdə 29 yaşlı modelin çimərlik və su üzərindəki bungalovlar fonunda günəş stulunda oturaraq poza verdiyi əks olunub. Seyrçilər kralın keçmiş həyat yoldaşının görünüşünə heyran qalıb. "Məncə, ən yaxşı çimərlik paltarı və ən gözəl təbəssüm! Sultanı qəzəbləndirməkdə davam et", "Gözəl, əsl şahzadə" yazıblar.

Anar Əli
Milli.Az

Mənbə: news.milli.az