Burak Özçivitin 2 milyonluq lüks avtomobili - FOTOlar

Burak Özçivitin 2 milyonluq lüks avtomobili - FOTOlar

"Kuruluş Osman" serialının çəkilişləri ərəfəsində işçi heyətini təhqir etdiyinə görə məhkəməlik olan aktyor Burak Özçivit yeni avtomobil alıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumat aktyorun sonuncu paylaşımı zamanı təsdiqini tapıb. O, köhnə maşınını yeni Ferrariyə dəyişib. Burakın ötən ay aldığı nəqliyyat vasitəsinə 2 milyon 200 min lirə ödədiyi ortaya çıxıb.

Avtomobilin seriya nömrəsində isə oğlu Karanın adındakı hərflər əks olunub.

Mənbə: news.day.az