Afaq Gəncəli: "Ölümündən iki gün əvvəl onu gördüm" - VİDEO

Afaq Gəncəli: "Ölümündən iki gün əvvəl onu gördüm" - VİDEO

Aparıcı Afaq Gəncəli yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, "Səhər mərkəzi" proqramında mərhum Xalq artisti İlhamə Quliyevanı ölməzadən iki gün əvvəl gördüyünü bildirib:

"İlhamə xanım dünyasını dəyişməzdən iki gün əvvəl biz prodüser Tarix Əliyevin(Tolik) məclisində idik. Bütün məşhurlar orada idi. O, çox halsız idi. Mənə dedi ki, Afıçka gəl otur yanımda...

Baxan kimi hiss olunurdu ki, bu insanın canı ağrıyır. İlhamə xanım iştahla yeyən idi. Mən öyrəşmişdim onu belə görməyə. Amma gördüm ki, o yemək yemir. Dedim bəlkə nəsə yeyəsiniz. Dedi "Ürəyim istəmir, dünəndən yediyimi qaytarıram". İki gün sonra eşidəndə ki, vəfat edib, çox pis olduq".

BAKU.WS

Mənbə: baku.ws