Məşhur mağaza bu oyuncaqları geri çağırdı - Uşaqlar təhlükədə

Məşhur mağaza bu oyuncaqları geri çağırdı - Uşaqlar təhlükədə

Dünyadaca məşhur marketlər şəbəkəsi "Taxta Blok Dəstləri" oyuncağını geri çağırıb.

"Unikal" xəbər verir ki, sözügedən oyuncaqlar kiçik hissəciklərinə görə uşaqlar üçün boğulma təhlükəsi yaradır.

Almaniyaya məxsus şirkət bütün dünyada ana və atalara etdiyi çağırışda, "Taxta Blok Dəstləri" adlı oyuncağa diqqət yetirilməli olduqlarını bildirib. Mağaza isə oyuncağı alan ailələrə təcili şəkildə onları geri qaytarmağa səsləyib.

Bildirilib ki, oyuncaq dəstinin kiçik hissələrini yığan uşaqlar bəzən bu əşyaları ağızlarına qoyurlar və bununla da boğulma təhlükəsi yaranır.

Qeyd edək ki, valideynlərin bəlli oyuncaqlar üçün ödədiyi pullar tam şəkildə geri qaytarılacaq.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org