Aleksandr Qradski “Səs” verilişinin çəkiliş meydançasında çarpayıda - ŞOK VİDEO

Aleksandr Qradski “Səs” verilişinin çəkiliş meydançasında çarpayıda - ŞOK VİDEO

Məşhur müğənni, Rusiyanın xalq artisti Aleksandr Qradskinin qəfil vəfatından sonra çoxları “Səs” (“Qolos”) layihəsini ustadın sağlamlığına xələl gətirməkdə günahlandırdı.

Müğənni sentyabr ayında koronavirusa yoluxduqdan, ardınca isə xəstəliyə görə yaranan fəsadlarla üzləşdikdən sonra verilişdə mentor olaraq qalmışdı. O, ayaqlarındakı ağrılara və səhhətinin pis olmasına baxmayaraq, əsl peşəkar kimi öz işini davam etdirdi. Bir neçə dəfə rekord dərəcədə aşağı qan təzyiqinə görə özünü o qədər pis hiss etdi ki, 72 yaşlı müğənni pavilyona birbaşa çarpayısında gəlməli oldu.

“StarHit”in ixtiyarında bununla bağlı şok kadrlar var.

“Aleksandr Borisoviçi xərəkdə, bilirsiniz hansında - tibbi olanlarda, təkərli çarpayıda gətirdilər. Onu kresloya qoyur, sonra yenidən yerinə qaytarırdılar. O, əlbəttə ki, çətinliklə danışırdı, amma hamını sakitləşdirdi və ümumiyyətlə, nikbin idi, deyirdi ki, növbəti buraxılışda əla olacaq", - jurnala çəkiliş meydançasından bildirilib.

Qradskinin qırmızı kresloda oturan qonşusu Leonid Aqutin niyə təkbaşına hərəkət edə bilmədiyini soruşduqda, musiqiçi belə izah etdi:

“Hazırda çəkilişlər arasında kiçik fasilələr var, məşqə başlamağa qorxuram – yıxıla bilərəm, ya başqa şey olar. Hamını məyus edərəm. İndi hazırlıq üçün daha çox vaxt olacaq, ona görə də sabahdan məşq etməyə, ayaqlarımı işlətməyə başlayıram”.

Ancaq planları gerçəkləşdirmək qismət olmadı - noyabrın 26-da artist insult şübhəsi ilə təcili xəstəxanaya yerləşdirildi. İki gün sonra o, özünə gəlmədən dünyasını dəyişdi.

Qradskinin iştirakı ilə noyabrın ortalarında aparılan son epizodların çəkilişləri, “nokautlar” dekabrın 3-də və 10-da yayımlanacaq.

Birinci Kanalın rəhbərliyi Aleksandr Borisoviçin xatirəsinə “Səs”in yubiley mövsümünü başa çatdırmaq qərarına gəlib.

 

Mənbə: www.oxu.az