Zamiq Leyla ilə duet oxuyacaq

Zamiq Leyla ilə duet oxuyacaq

Müğənni Zamiq Hüseynov və aparıcı Leyla Quliyeva duet oxuyacaq.

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu barədə Zamiq instaqram hesabında məlumat yayıb. O, Leyla ilə fotosunu "Tezliklə yeni layihəmizi sizə təqdim edəcəyik" şərhi ilə paylaşıb.

Onların birgə şəkli Hüseynovun səsyazma studiyasında çəkilib.

Qeyd edək ki, Leyla və Zamiq daha əvvəl "Söhbət musiqidən gedir" verilişində "Darıxdım" adlı mahnını duet şəklində ifa edib.

Milli.Az

Mənbə: news.milli.az