Məşhur yarışmada Azərbaycanla bağlı maraqlı sual

Türkiyədə keçirilən "Kim milyoner olmak ister?" yarışmasına Azərbaycanla bağlı sual damğa vurub.

OLAY yazır ki, iştirakçılardan birinə "Hansı Azərbaycan dilində "milyoner" deməkdir"- sualı ünvanlanıb.

Cavablarda isə "milyonman", "milyonbaz", "milyonçu" və "milyonov" bəndləri yer alıb.

İştirakçı isə yanlış cavab seçərək "milyoner"in Azərbaycan dilində qarşılığının "milyonov"olduğunu iddia edib.

Sözügedən görüntü sosial şəbəkələrdə xeyli insan tərəfindən paylaşılıb.

 

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

“Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirildi

SONRAKI XƏBƏR

Aktyor ilə ikinci dəfə sevgili olmasından danışdı