Deputat pişiyini özünə köməkçi təyin etdi - FOTO

Rusiyanın Nijni Novqorod şəhərinindən olan Dövlət Dumasının deputatı Dmitri Kuznetsov izləyicilərini təəccübləndirib.

O, "Vkontakte" sosial şəbəkəsindəki səhifəsində Kuzya adlı pişiyini rəsmən özünə köməkçi təyin etdiyini açıqlayıb. Bununla bağlı yazılı əmr imzaladığını da paylaşıb:

"Mütərəqqi xidmətlərinə görə Kuzya mənim - Dövlət Dumasının deputatının köməkçim təyin edilsin".

Əmrin altından imzasını da qoyan deputat əlavə edib ki, Kuzyanı vəzifəyə təyin etməzdən əvvəl onu yaxşı-yaxşı çimizdirib: "Kuzya artıq təmiz vicdanla işləyə bilər"./Lent.az

 

 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

ÜST koronavirusun “omikron” variantının yayılmasına hazır olmağa çağırır

SONRAKI XƏBƏR

AQTA sahibkarlara müraciət edib