Rusiyanı “Miss Kainat 2021” yarışmasında azərbaycanlı təmsil edəcək - FOTO

Rusiyanı “Miss Kainat 2021” yarışmasında azərbaycanlı təmsil edəcək - FOTO

İsraildə keçiriləcək "Miss Kainat 2021" yarışmasında Rusiyanı azərbaycanlı iştirakçı təmsil edəcək. Ralina Arabova adlı iştirakçı "Vitse-miss Rusiya - 2019" "Miss Tatarıstan - 2019" titullarının sahibidir.

Ralina Arabova Kazanda dünyaya göz açıb. Anası tatar, atası azərbaycanlıdır.

Qız ailəsinin maddi vəziyyətinə dəstək verməkdən ötrü 8 yaşından müxtəlif gözəllik yarışmalarında iştirak edir. O, "Miss Kainat" yarışmasında iştirakı əlçatmaz arzularından adlandırıb.

Mənbə: www.oxu.az