Belluççi Türkiyəyə gəlir: Bunları istədi...

Dünya şöhrətli italyan aktrisa Monika Belluççi Avropa turu çərçivəsində Tom Volfun yazdığı və rejissorluğunu etdiyi "Maria Kallas: Məktublar və xatirələr" adlı monoloqunun təqdimatı üçün 14-15 dekabr tarixlərində Türkiyəyə gələcək.

Kult.az xəbər verir ki, Belluççinin Türkiyədə qalacağı günlər üçün istəkləri diqqət çəkib.

Məşhur ulduz ən yüksək pH dəyəri olan "Evian" markalı su, avokado, buzlu badam, çiy qoz, ananas, kök, manqo, zəncəfil və otaq temperaturunun 20-25 dərəcə olmasını istəyib.

Qeyd edək ki, koronavirusun yeni “omikron” ştammına görə italyan ulduzun səfərinin ləğv olunacağı da ehtimal edilir.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Vüsalə görünüşü ilə GÖZ QAMAŞDIRDI - FOTO

SONRAKI XƏBƏR

İranda müəmmalı PUA qəzası - Dron kimə məxsusdur?