Mədəniyyət naziri abidələr üzrə ekspertlərlə gələcək planları müzakirə edib

Mədəniyyət naziri abidələr üzrə ekspertlərlə gələcək planları müzakirə edib

Mədəniyyət naziri Anar Kərimov heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə görüşüb.

“Report”un məlumatına görə, bu barədə nazir özünün tviterdəki səhifəsində bildirib.

“Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə ilk görüşümüzü keçirdik və bu sahədə gələcək planlarımızı müzakirə etdik.

Mənbə: report.az