Ceyms Bond ekranlara qayıdacaq

Ceyms Bond ekranlara qayıdacaq

Xəfiyyə Ceyms Bond barədə 25-ci film “Ölməyə vaxt yoxdur”un prodüseri Barbara Brokkoli super agentin geri dönəcəyini açıqlayıb.

Brokoli bildirib ki, baş rolun ifaçısı Deniel Kreyqin franşizadan gedişindən sonra 007-nin ekranlara necə dönəcəyini hələ bilmir.

“Lakin bu, mütləq baş verəcək. O, qayıdacaq. Ceyms Bondun geri dənəcəyinə arxayın ola bilərsiniz”, - deyə prodüser bəyan edib.

Qeyd edək ki, adəçəkilən cəsus trilleri 2021-ci ilin və ümumilikdə pandemiya dövrünün ən çox gəlir gətirən Hollivud kinofilmi olub. Onun kassa gəlirləri 733 milyon dolları ötüb.

Mənbə: www.oxu.az