Nahidə Babaşlının “Altın Kelebek”dəki geyimi bəyənilmədi – FOTO

Nahidə Babaşlının  “Altın Kelebek”dəki geyimi bəyənilmədi – FOTO

Dünən Türkiyədə keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimində müğənni Nahidə Babaşlı “Azərbaycanın parlayan gənc ulduzu” kateqoriyası üzrə qalib olub.

Publika.az xəbər verir ki, müğənni təəssüratlarını instaqramda bölüşüb. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirən Nahidə Babaşlı həyəcanlı olduğunu gizlətməyib:

“Hardan başlayıb, harda bitirəcəyimi bilmədiyim təşəkkürlərim və dayanmaq bilməyən göz yaşlarımla başlayıram. Kiçik xəyallarımla çıxdığım bu yol təxmin etməyəcəyim yerlərə gəldi. Yazan, təbrik edən, paylaşan hər kəsə sonsuz təşəkkürlər. Neçə belə gözəl günlərdə görüşmək diləyi ilə... Sizi sevirəm. Dəstək olan, səs verən bütün həmvətənlərimə sonsuz təşəkkürlər”.

Pərəstişkarları bu uğura ürəkdən sevinsə də, gecə üçün yaşıl məxmər libas seçən ulduzun obrazı sosial şəbəkədə bəyənilməyib.

Mənbə: publika.az