“Altın Kelebek”də göz yaşlarına boğuldu - VİDEO

Ötən gün baş tutan 47-ci “Altın Kelebek” mükafatlandırma mərasiminə aparıcı Müge Anlı damğa vurub.

“Qafqazinfo” xəbər verir ki, “Ən yaxşı gündüz proqramı” və “Ən yaxşı qadın aparıcı” nominasiyalarında qalib olan Anlı səhnədə duyğulu anlar yaşayıb. Gözləri dolan aparıcı bir neçə dəqiqə danışmaqda çətinlik çəkib. Göz yaşları içində danışan Anlı bunları deyib:

“İçimdəki kəpənəkləri hərəkətə gətirən “Altın Kelebek” həyəcanını mənə yaşadan, 14 ildir mənimlə addımlayan hər kəsə təşəkkür edirəm. Bir ovuc dostumla çıxdığım bu yolda milyonlarla adsız qəhrəman mənimlə yol getdi. Pis insanlarla eyni hava ilə nəfəs almaq istəmirdik. Həyat yoldaşlarının, uşaqların göz yaşlarını qurutduq. Sevgi evləri qurduq, onlarla insana kömək etdik, ən gözəli isə bunları birlikdə etdik. Hər gün şükür edirdim və geriyə dönüb baxdığımda “yaxşı ki” deyirdim”.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

SONRAKI XƏBƏR

Azərbaycan Ermənistana görə xüsusi qeyd-şərtlə MDB-nin əqli mülkiyyətlə bağlı Dövlətlərarası Şurasına qoşulur