Şuşa zəfərinə tamaşa həsr olundu - VİDEO

İstanbulda şanlı Zəfərə həsr olunan “Qızıl alma-Şuşanın oyanışı” tamaşası nümayiş etdirildi.Gültəpə Mədəniyyət Mərkəzində baş tutan tamaşa “Umut oyunçuları” teatrı tərəfindən ərsəyə gəlib. Səhnə əsərinin prodüser-koordinatoru Ayhan Ünlü bildirdi ki,aktyorlar bu tamaşa üçün böyük həvəslə hazırlaşıblar.Və yaxın günlərddə tamaşanın Azərbycanda da nümayiş etdiriləcəyinə ümidvar olduğunu qeyd etdi.

Tamaşanın ssenari müəllifi Sevinc Mehrəliyeva, rejissorları Ümit Anaç və Şahin Deyirmenci, bədii rəssamı Ülkər Əbülfət, kostyum dizayneri isə Taha Yasin Ünlüdür. “Oğuzlar üçün hansı tərəfə gedərlərsə-getsinlər Zəfər, əldə edilmədən əvvəl Qızıl Almadır” şüarı ilə baş tutan tamaşada Azərbaycan musiqilərindən istifadə edildi.

Rolları isə Ümit Anaç, Fatma Ayaz, Dilfuza Yorova, Emrehan Yavuz, Tülay Kurt, Sedat Ustaoğlu və Gökcan Yılmaz ifa etdiər.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Fransa qırıcısı şərti döyüşdə Rusiyanın “Su-35”ni “vurub”

SONRAKI XƏBƏR

"Liverpul" Salahın tələbləri ilə razı deyil