Yaponiyalı gənc Qafqaz rəqslərini öyrənib əsl igid olmaq istəyir - VİDEO

19 yaşlı yaponiyalı Qafqazın mədəniyyəti ilə maraqlanıb və igid olmaq qərarına gəlib.

Tayqa Nozaki məktəbdə bölgə tarixinə aşiq olub və qafqazlı atlıların videolarından həzz almağa başlayıb.

Hazırda o, videodərslər vasitəsilə ənənəvi Qafqaz rəqslərini öyrənməyə çalışır. Gənc artıq ləzginka və xəncərlə rəqsi mükəmməl mənimsəyib.

Bundan əlavə, kabardin mahnılarını öyrənir. Tayqa vətənində peşəkar ansambla qoşulub və indi Qafqaza səfər etmək, bu mədəniyyətin daşıyıcılarından dərs almaq arzusundadır.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türk futbolçu "Marsel"i məğlubiyyətdən xilas edib

SONRAKI XƏBƏR

NATO bu ölkələrdən qoşunları çıxartmayacaq