Vüsalə "Tik-Tok"dakı videosundan danışdı: "Bu, sevgi yox..."- VİDEO

Vüsalə "Tik-Tok"dakı videosundan danışdı: "Bu, sevgi yox..."- VİDEO

TikTok-da aparıcı Vüsalə Əlizadənin adına səhifə açılıb və insanlardan pul yığılıb.

Day.Az xəbər verir ki, aparıcı bu barədə özü açıqlama verib:

"Məni sosial şəbəkədə izləyənlərə səslənirəm. TikTok-da heç bir səhifəm yoxdur. Onun kandarında belə dayanmamışam. Mənim adımdan səhifələr açılıb. Biri isə özünü necə inandırıb ki...

Bu sevgi yox, əxlaqsızlıqdır. Həyatımda yaşananlardan sonra başım ailəmə qarışıb, ancaq reklam paylaşıram. Bununla ciddi məşğul olacam. Canlı efir açıb, kənarda dayanıb adımdan pul yığırlar. Bu qədər rəzillik, Allahsızlıq etmək olmaz. Yaxınlarım deyir ki, niyə bizi canlıya qəbul etmirsiz? Deyirəm, mən deyiləm. İnsanlar necə geridüşüncəli ola bilərlər?"

Mənbə: news.day.az