Onlar "YouTube"dan milyonlarla dollar qazanıb - SİYAHI

ABŞ biznes jurnalı “Forbes” “YouTube”dan ən çox qazananların siyahısını hazırlayıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, “Forbes” siyahısında ilk 10 “YouTuber” 2021-ci ildə platformadan ümumilikdə 300 milyon dollar gəlir əldə edib.

1.“MrBeast” kimi tanınan 23 yaşlı amerikalı Cimmi Donaldson 2021-ci ildə “YouTube”un ən çox qazananı olub.
Onun diqqətlə hazırlanmış şouları 10 milyard baxışı ötüb və Donaldsona 54 milyon dollar qazandırıb.

Keçən il o, “Netflix”in məşhur serialı “Squid Game”in elementlərini öz kanalında yenidən redaktə edərək, 80.000 tamaşaçı tutumlu stadionda gizlənqaç oynayıb.

2. "Jake Paul": Jeyk Paulun Amerika qarışıq döyüş sənətləri təşkilatı “Ultimate Fighting Championship” (UFC) ulduzlarına qarşı keçirdiyi yüksək səviyyəli döyüşlər ona 2021-ci ildə 45 milyon dollar qazanmağa kömək edib.

3. Başqa bir müntəzəm oyun məzmunu istehsalçısı “Markıplıer” keçən il 38 milyon dollar qazanıb.

4. “Rhett and lınk” “YouTube”un ən çox qazananlar siyahısının dəyişməz adı olan “Good Mythical Morning” tok-şousunun aparıcıları 2021-ci ildə 30 milyon dollar qazanıblar.

5.“ Unspeakable”(Danışılmaz) on ildir ki, “Minecraft” oyunlarını “YouTube”a yükləyir. Keçən il arxa kataloqunun hüquqlarını “Spotter” şirkətinə satıb və 28,5 milyon dollar qazanc əldə edib.

6. Yeddi yaşlı rus məzmun istehsalçısı “Nastya”nın “YouTube”da 90 milyona yaxın abunəçisi var. Onun gəliri 2021-ci ildə 28 milyon dollara yüksəlib.

7. “Ryan Kajı: 2021-ci ildə oyuncaq icmalları, maarifləndirici videolar və ailə vloqlarından ibarət məzmunu ona 27 milyon dollar qazanmağa kömək edib.

8. “Dude perfect” komediya qrupu keçən il bu platformadan 20 milyon dollar qazanıb.

9. Mübahisəli boksçu və vlogger Logan Paul 2021-ci ildə 18 milyon dollar qazanıb.

10. “Preston arsement” “YouTube” kanalı isə 2021-ci ildə təxminən 16 milyon dollar qazanıb.

Billurə

 

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstanın Baş naziri BƏƏ-nin Baş nazir müavini ilə telefonla danışıb

SONRAKI XƏBƏR

Ermənistanı Türkiyə ilə danışıqlarda təmsil edən Rubinyan TƏNQİD OLUNDU - "Əsəbi, isterik..."