Aytən Səfərova tanınmaz halda - Fotoşoplu şəkilləri diqqət çəkdi

Aytən Səfərova tanınmaz halda - Fotoşoplu şəkilləri diqqət çəkdi

Aparıcı Aytən Səfərova filmlərə olan sevgisini sosial media hesabında yansıtmağa çalışır.

Milli.Az olay-a istinadən xəbər verir ki, müxtəlif pozalarda fotoları sevməyən, şəxsi instaqram səhifəsində daha çox selfilərini paylaşmağa üstünlük verən jurnalist son günlər fərqli görüntüləri ilə diqqət çəkir.

Belə ki, o mobil aplikasiyalardan istifadə edərək özünü müxtəlif filmlərin obrazları kimi təqdim edir. İzləyicilərinin çoxu ona bu obrazları yaraşdırsa da, digər qismi onlarla razılaşmır.

Qeyd edək ki, Aytən Səfərova keçmiş ANS TV-nin əməkdaşı olub, o, daha sonra ATV-də fəaliyyətini davam etdirsə də, bir müddət sonra oradan da ayrılıb. Aparıcı hazırda Xəzər TV-də "Xəbər ertəsi" layihəsində çalışır.

Mənbə: news.milli.az