Sərdar Ortaç: "Anama qulaq asmadım, Allah bəlamı verdi" - FOTO

Sərdar Ortaç: "Anama qulaq asmadım, Allah bəlamı verdi" - FOTO

Son illər həyatında yaşadığı maddi sıxıntılarla gündəmə gələn müğənni Sərdar Ortaç şəxsi həyatı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Maslak 1453"də səhnəyə çıxan ifaçı konsertdən əvvəl hurnlaistlərin suallarını cavablandırıb. Ortaç bütün borclarını ödədiyini və 2022-ci ilə heç bir borc saxlamadığını deyib.

Bundan sonra şəxsi həyatından danışan Sərdar anasının sözünə baxmadığı üçün peşman olduğunu bildirir:

"Anam sarışın qadından xeyir gəlməz demişdi. Həyat yoldaşım da sarışın oldu, sevgilim də... Anama qulaq asmadım, Allah bəlamı verdi".

BAKU.WS

Mənbə: baku.ws