Eminin Maldiv istirahətindən görüntülər - FOTO

Eminin Maldiv istirahətindən görüntülər - FOTO

Azərbaycanın Xalq artisti Emin Ağalarov keçmiş xanımı Alyona Qavrilova və qızı Afina ilə istirahətə yollanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi hazırda Maldiv adalarında tətil edir.

O, lentə aldığı görüntüləri instaqramda izləyiciləri ilə bölüşüb. Eminin paylaşımlarında əsasən qızı Afina yer alır.

Qeyd edək ki, 2021-ci ilin dekabrında EMİN yeni "31.12" klipinin qəhrəmanı olan Alena Qavrilova ilə yenidən bir araya gəldiyini rəsmən elan etdi.

Onlar qızlarının üzünü ilk dəfə sözügedən klipdə ictimaiyyətə təqdim etdi.

Milli.Az

Mənbə: news.milli.az