Köhnə "Dəyirman"çılar bir arada - FOTO

Köhnə "Dəyirman"çılar bir arada - FOTO

Köhnə "Dəyirman" qrupunun solistləri Xalq artisti Miri Yusif, müğənnilər ABD Malik və Elmir bir araya gəliblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Green card" udaraq ABŞ-a köçən Elmir bir müddətdir Bakıya qayıdıb.

Müvəqqəti Azərbaycana gələn ifaçı dostlarını bir araya yığıb. O, keçmiş duet ortaqları ilə çəkdirdiyi fotoları da sosial şəbəkədə yayımlayıb.

"Həyatımda etdiyim ən gözəl səfər. Allaha təşəkkür edirəm ki, mənim çoxlu yaxşı dostlarım var. Məhz bu mənim səfərimi unudulmaz etdi. Hər kəsə diqqətinə görə minnətdaram. Sizinlə ünsiyyətdən böyük zövq aldım. Gözlərinizdə sevinc və qürur gördüm. Növbəti səfərdə mütləq yenidən görüşəcəyik" deyə, Elmir bildirib.

Milli.Az

Mənbə: news.milli.az