Rusiyada “Yeddi gözəl” sərgisi keçiriləcək

Rusiyada “Yeddi gözəl” sərgisi keçiriləcək

Yanvarın 27-də Rusiyanın Sankt-Peterburq şəhərində “Yeddi gözəl” sərgisi açılacaq.

“Report”un Rusiya bürosu xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək tədbir Nizami Gəncəvinin 880 illiyinə həsr olunur.

Nizami yaradıcılığını ayrı-ayrı incəsənət nümunələri vasitəsilə çatdıracaq sərgidə “Yeddi gözəl” poeması əsasında Qara Qarayevin ərsəyə gətirdiyi eyni adlı balet xüsusi yer tutacaq. Həmin balet ilk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunub.

Təşkilatçıların dediyinə görə, ədəbiyyat və musiqi sənətlərinin vəhdəti Nizamiyə aid qiymətli nümunələrin nümayişi üçün məxsusi ab-hava yaratmaq nəzərdə tutulur.

Sərgi may ayının 9-dək fəaliyyət göstərəcək.

Mənbə: report.az