Alişanın ağır günündə bu məşhur şəxsdən yanlış ADDIM

Alişanın ağır günündə bu məşhur şəxsdən yanlış  ADDIM

Türkiyəli müğənni Alişan qardaşının vəfatından əvvəl konsert verəcəyi məkandan 50 min lirə beh almış, lakin yasa görə səhnəyə çıxa bilməmişdi.

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun yerinə isə İzzət Özilhan gecədə səhnə almışdı.

Sənətçinin Alişanın qardaşının ölümünün 12-ci günündə öz meneceri vasitəsi ilə pulu geri istədiyi ortaya çıxıb. Alişan isə bu hadisədən sonra "Onu bağışlamayacağam, mənə salam belə verməsin" deyərək, İzzəti İnstaqram səhifəsindən izləmədən çıxarıb.

 

Mənbə: manset.az