İstanbulda “Özünə dönüş” sərgisi ziyarətçilərini gözləyir - Fotolar

İstanbulda “Özünə dönüş” sərgisi ziyarətçilərini gözləyir  - Fotolar

Dünyada və Türkiyədə sürreal görüntülərin yer aldığı ilk sərgi - “Özünə dönüş” başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyədə cəmiyyətin sürreal dünyası ilə bağlı olduqca diqqət çəkən rəsmləri üzə çıxaran sərgi 14 yanvar - 8 fevral tarixləri arasında Nişantaşı Maji Sənət Qalereyasında (İstanbul) ziyarətçilərinə açıqdır.

Sərginin kuratoru Beyza Uçak “Çox rəy tələb etməyən bir sərgi həyata keçirdiyimiz üçün xoşbəxtəm. Bu qədər real və sadə fikirlər olanda şərhlərə şərh verməyə ehtiyac qalmır. Ümid edirəm ki, əsərlərə baxarkən bu gücü hiss edəcəksiniz”, - deyə sərgi haqqında fikirlərini bildirib.

Sərginin açılışına marketinq, media, siyasət və kommunikasiya dünyasının önəmli adları qatılıb.





Mənbə: qafqazinfo.az