Yorulduğuna görə səhnədən gedir

Yorulduğuna görə səhnədən gedir

Ukraynalı müğənni Maruv (əsl adı Anna Korsun) bir müddətlik səhnədən getmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.

“Mən çox yorulmuşam və yaradıcılıq tükənməsini hiss edirəm. İndi mənə öz fəaliyyətimdən istirahət, sadəcə evdə qalmaq lazımdır”, - o, paylaşımında yazıb.

Səhnədən gediş müvəqqəti olacaq. Müğənni qeyd edib ki, martın 8-də yeni albomunu təqdim edəcək, istirahət edəcək və güc toplayacaq.

Qeyd edək ki, 2019-cu ildə Maruv dörd nominasiyada Ukraynanın Milli Musiqi Mükafatına (YUNA) layiq görülüb. Elə həmin ilin 6 aprel tarixində Moskvanın “Известия Hall” konsert zalıda ilk solo konserti olub. Aprelin 12-də Sankt-Peterburqda çıxış edib.

2019-cu ildə, həmçinin Ukrayna milli seçim turunda tamaşaçılardan aldığı maksimum xalla qalib gələn Maruv Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlə üzləşdiyini, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina etməyə məcbur edildiyini bildirmişdi. O, yarışma üçün hazırlanan müqavilə şərtlərinin ağır olduğunu, bütün maliyyənin onun üzərinə qoyulduğunu qeyd etmişdi.

Mənbə: qafqazinfo.az