“Cadenza” orkestri Muğam Mərkəzində konsert verəcək

“Cadenza” orkestri Muğam Mərkəzində konsert verəcək

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 25-də Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, konsert “Cadenza” orkestrinin təşkilatçılığı və iştirakı ilə reallaşacaq.

“İki portret” adlı konsertdə Toru Takemitsunun “Nostalgiya” və Aydın Əzimovun “Bitiq” əsər ifa olunacaq.

 

Mənbə: azertag.az