“Qızım soruşur ki, saçın nə vaxt olacaq”

“Qızım soruşur ki, saçın nə vaxt olacaq”


“Ağciyər və sümüklərimdə törəmələr olduğu aşkarlandı. Mən də yenidən kimayterapiya qəbul etdim”.
OLAY yazır ki, bu sözləri “Günün sədası” proqramına Əməkdar artist Tünzalə Əliyeva deyib. Aktrisa müalicələrinin davam etdiyini söyləyib:
“Gördük ki, təsiri az oldu, ona görə təkrar kimyaterapiya olundum. Sağalmaq ümidilə yaşayıram. Həkimlərimə inanıram, güvənirəm. Çalışıram ki, müalicə prosesinə dözüm. Bəzən vəziyətim ağır olanda, üzümü örtürəm. Küçəyə çıxanda çalışıram insanlara xəstə olduğumu bildirməyim. Qızım hər dəfə xəstəxanaya gedəndə deyir, belin düzələcək? Deyirəm hə bu gün düzələcək, sabah lap yaxşı olacaq. Soruşur ki, ana, nə vaxt saçın olacaq. Deyirəm, vitaminlər yeyəcəm, uzanacaq. Bu xəstəlikdir, gəlib-keçəcək, Sadəcə irəli getmək lazımdır”.

Mənbə: teref.az