Afət Fərmanqızı ailə həyatı qurdu - VİDEO

Afət Fərmanqızı ailə həyatı qurdu - VİDEO

Müğənni Afət Fərmanqızı şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "Üzbəüz" verilişinə dəvət olunan sənətçi sevdiyi şəxslə evlilik yolunda ilk addım atdığını bildirib. Fərmanqızı Rusiyada nikaha daxil olduğunu deyib:

"İstədim hamıya kütləvi cavab verim. Bunun üçün video paylaşdım ki, sabah hardasa onunla görüntülənsəm deməsinlər ki, bu kimdir? Oğurluq etməmişəm, kiminsə həyat yoldaşı deyil ki, çəkinim, ikimiz də subayıq nədən ehtiyat etməliyik ki? Azərbaycanlıdır, amma Rusiyada böyüyüb. Mənə 15 il əvvəl evlilik təklifi etmişdi, amma yox demişdim. Rusiyada proseslər tez olduğu üçün orda nikahımız oldu. Hər kəs bilsin ki, ərə getmişəm. Şou biznesdə yeganə müğənniyəm ki, həyat yoldaşımın üzünü açıq şəkildə paylaşmışam".

Qeyde edək ki, bu Afət Fərmanqızının ikinci evliliyidir. Onun ilk ailə həyatından bir oğlu var.

Ətraflı videoda:

Mənbə: baku.ws