"Qremmi" mükafatının təqdim olunma tarixi bəlli oldu

"Qremmi" mükafatının təqdim olunma mərasimi aprelin 3-də Las-Veqasda keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları məlumat yayıblar

Qeyd edilir ki, mərasimin keçirilməsi "MGM Grand Garden" arenasında planlaşdırılır. Mərasimin aparıcısı Cənubi-Afrikalı komik, aktyor və teleaparıcı Trevor Noa olacaq. Mükafatlar 85 nominasiya ilə təqdim olunacaq.

Daha əvvəl ABŞ səsyazma akademiyasının yaydığı açıqlamada "Qremmi" mükafatlandırma mərasiminin koronavirusun yayılması səbəbilə başqa vaxta keçirildiyi bildirilmişdi

"Qremmi" mükafatının namizədlərinin tam siyahısı noyabrın 23-də açıqlanmışdı. Caz musiqiçisi Con Batist nomisiyaların sayına görə birinci olub.
Doja Cat və H.E.R, həmçinin Castin Biber-in səkkiz, Billi Ayliş və Oliviya Rodriqo-un isə 7 "Qremmi" mükafatını alacağı gözlənilir.

İbrahim Məmmədov
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Polis Almatının mərkəzi küçələrini bağlayıb

SONRAKI XƏBƏR

Xətai rayonunda yaşıllıq ərazi məhv edilərək tikinti aparılır? - AÇIQLAMA