Türk hökmdarların portretləri çardaqda tapıldı - VİDEO

Türk hökmdarların portretləri çardaqda tapıldı - VİDEO

Osmanlı hökmdarlarının portretləri Şotlandiyadakı bir evin çardağında aşkarlanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 100 ildir malikanədə olduğu məlum olan tablolar Londonda hərraca  çıxarılacaq.

Aralarında Qanuni Sultan Süleymanın da olduğu beş hökmdarın portretlərinin XVII əsrdə çəkildiyi ehtimal edilir. Əsərlərin tapıldığı malikanə nəsillərdir eyni ailəyə məxsusdur.

Tablolar yağlı boya ilə çəkilib. Kolleksiyada Sultan Süleymanla yanaşı, I Bəyazid, II Murad, II Bəyazid və Əmir Teymurun rəsmləri var. Əsərlərin kim və ya kimlər tərəfindən çəkildiyi açıqlanmayıb.

İngiltərədəki “Sotheby's” hərrac evində auksiona çıxarılacaq kolleksiyanın dəyəri 50-70 min funt sterlinq olaraq dəyərləndirilir.

Hərrac yanvarın 20-də keçiriləcək.

 

Mənbə: qafqazinfo.az